Dini qurumlarla iş üzrə şöbə

Şöbə müdiri - Cahandar Fərhad oğlu Əlifzadə

Şöbə respublikada dini durumun öyrənilməsi və dini proseslərin izlənilməsi istiqamətində fəaliyyət göstərir. Səlahiyyəti çərçivəsində dini duruma nəzarət etmək, dini qurumlar, onların fəaliyyəti barədə məlumat toplamaq işlərini yerinə yetirir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması, rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və şöbənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatlar hazırlanmasını təmin edir.

Şöbənin tərkibində Dini təhsil sektoru fəaliyyət göstərir. Sektor ölkədə dini təhsillə bağlı vəziyyətin öyrənir, dini təhsil müəssisələrinin strukturu və onların rəhbərləri, üzvlərinin sayı və fəaliyyət yönümü barədə məlumatları toplayır, eləcə də dini təhsil müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirir.

Şöbənin 8 əməkdaşı var.

 

 

Əlaqə:

Telefon:     (012) 492-62-29

                  (012) 497-02-53

E-mail: dk-dqi@scwra.gov.az