Ağcabədi bölgəsi üzrə şöbə

Əlizadə Nəcəfov

Şöbə müdiri vəzifəsini icra edən - Əlizadə Şəmil oğlu Nəcəfov

 

Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi əhatə etdiyi bölgədə dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq bölgənin idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir.

Şöbə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və şöbənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır.

Şöbə Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Laçın və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini əhatə edir.

Şöbənin mərkəzi Ağcabədi şəhərində yerləşir. Şöbənin 5 əməkdaşı var.

 

Ünvan: Ağcabədi şəhəri, Faiq Əlizadə küçəsi 5, AZ 0400

Telefon: 021 275 52 00

E-mail: dk-agcabedi@scwra.gov.az