Zaqatala bölgəsi üzrə şöbə

İlqar Vəliyev

Şöbə müdiri - İlqar Məmməd oğlu Vəliyev

 

Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi əhatə etdiyi bölgədə dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq bölgənin idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir.

Şöbə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və şöbənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır.

Şöbə Zaqatala, Balakən və Qax rayonlarını əhatə edir. Şöbənin mərkəzi Zaqatala şəhərində yerləşir. Şöbənin 5 əməkdaşı var.

 

Ünvan: Zaqatala şəhəri, Nizami küçəsi 9, AZ6200

Telefon: 024 225 32 23

E-mail: dk-zaqatala@scwra.gov.az