Ucar bölgəsi üzrə şöbə

Əzim Rəfiyev

Şöbə müdiri vəzifəsini icra edən - Əzim Ramiz oğlu Rəfiyev

 

Dövlət Komitəsinin Ucar bölgəsi üzrə  şöbəsi əhatə etdiyi bölgədə dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq bölgənin idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir.

Şöbə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və şöbənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır.

Şöbə Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarını əhatə edir. Şöbənin mərkəzi Ucar şəhərində yerləşir. Şöbənin 5 əməkdaşı var.

 

Ünvan: Ucar şəhəri, H.Əliyev prospekti 6, AZ6100

Telefon: 020 213 05 78

E-mail: dk-ucar@scwra.gov.az