Şəki bölgəsi üzrə şöbə

Taleh Abdullayev

Şöbə müdiri  - Taleh Şakir oğlu Abdullayev

 

Dövlət Komitəsinin Şəki bölgəsi üzrə  şöbəsi əhatə etdiyi bölgədə dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq bölgənin idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir.

Şöbə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və şöbənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır.

Şöbə Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edir.

Şöbənin mərkəzi Şəki şəhərində yerləşir. Şöbənin 5 əməkdaşı var.

 

Ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 8, AZ5500

Telefon: 024 244 36 21

E-mail: dk-sheki@scwra.gov.az