İmişli bölgəsi üzrə şöbə

Cavanşir Bəhrəmov

Şöbə müdiri vəzifəsini icra edən - Cavanşir Balamirzə oğlu Bəhrəmov

 

Dövlət Komitəsinin İmişli bölgəsi üzrə  şöbəsi əhatə etdiyi bölgədə dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq bölgənin idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir.

Şöbə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və şöbənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır.

Şöbə Saatlı, Sabirabad, İmişli, Beyləqan və Xocavənd rayonlarını əhatə edir.

Şöbənin  mərkəzi   İmişli  şəhərində yerləşir. Şöbənin 5 əməkdaşı var.

 

Ünvan: İmişli  şəhəri, Pənah  Həsənov  küçəsi 59, AZ3000

Telefon: (02124)  6-62-99

E-mail:  dk-imishli@scwra.gov.az