Şirvan bölgəsi üzrə şöbə

Sənan Xəlilov

Şöbə müdiri vəzifəsini icra edən - Sənan Nəbi oğlu Xəlilov

 

Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə  şöbəsi əhatə etdiyi bölgədə dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq bölgənin idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir.

Şöbə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və şöbənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır.

Şöbə Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarını əhatə edir. Şöbənin mərkəzi Şirvan şəhərində yerləşir. Şöbənin 5 əməkdaşı var.

 

Ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 12, AZ1800

Telefon: 021 215 21 30

E-mail: dk-shirvan@scwra.gov.az