Quba bölgəsi üzrə şöbə

Eynulla Nurullayev

Şöbə müdiri - Eynulla Əhməd oğlu Nurullayev

 

Dövlət Komitəsinin Quba bölgəsi üzrə  şöbəsi əhatə etdiyi bölgədə dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq bölgənin idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir.

Şöbə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və şöbənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır.

Şöbə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını əhatə edir.

Şöbənin mərkəzi Quba şəhərində yerləşir. Şöbənin 6 əməkdaşı var.

 

Ünvan: Quba şəhəri, H.Əliyev prospekti 158, AZ4000

Telefon: (023) 335 22 70

E-mail: dk-quba@scwra.gov.az