Gəncə bölgəsi üzrə şöbə

Asif Əliyev

Şöbə müdiri - Asif Nurəddin oğlu Əliyev

 

Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi əhatə etdiyi bölgədə dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq bölgənin idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir. Şöbə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və şöbənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır. Şöbə Gəncə, Naftalan şəhərləri və Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı rayonlarını əhatə edir. Şöbənin mərkəzi Gəncə şəhərində yerləşir. Şöbənin 8 əməkdaşı var. 

 

Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, 382-ci otaq, AZ2000

Telefon: (022) 256 91 14

E-mail: dk-gence@scwra.gov.az