Ümumi şöbə

Şöbə müdiri - Amil Rafiq oğlu Cavadov

Ümumi şöbə Komitədə müasir elektron sənəd dövriyyəsi sistemini tətbiq etməklə sənəd dövriyyəsinə və onun icrasına nəzarətin effektiv həyata keçirilməsini, arxiv işinin, şəxslərin qəbulunun, müraciətlərinə baxılmasının qanunvericiliyə uyğun təşkilini və təkmilləşdirilməsini təmin edir. Şöbə kargüzarlığın aparılmasına əməli,  metodiki rəhbərliyi həyata keçirir və dövlət qulluğu ilə bağlı digər məsələləri yerinə yetirir.

Şəxslərin qəbulu, onların müraciətlərinə baxılması ilə bağlı fəaliyyətlərini əlaqələndirir, kargüzarlığa məsul şəxslərlə fəaliyyət istiqamətlərinə uyğun olaraq təlimlərin keçirilməsi üçün təkliflər verir və həmin təlimlərdə iştirak edir.

Şöbənin təkibində Vətəndaşların qəbulu, ərizə və şikayətlərlə iş sektoru fəaliyyət göstərir.

Şöbənin 10 əməkdaşı var. 

 

 

 

 

Əlaqə:

Telefon:  (012) 492-64-51

E-mail: info@scwra.gov.az