Maliyyə-təsərrüfat şöbəsi

Şöbə müdiri - Oqtay Nəsir oğlu Hüseynov

Maliyyə-təsərrüfat şöbəsi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatının struktur bölməsidir.

Şöbənin əsas fəaliyyət istiqaməti Dövlət Komitəsinin maliyyə-təsərrüfat işini və mühasibat uçotunu təşkil etməkdir. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Dövlət Komitəsi sədrinin qərar, əmr və sərəncamlarını, şöbənin Əsasnaməsini və digər normativ-hüquqi aktları rəhbər tutur.

Şöbənin 13 əməkdaşı var.

 

 

 

Əlaqə:

Telefon: (012) 492-41-81

             (012) 492-63-91

E-mail: maliyye@scwra.gov.az