Dini maarifləndirmə işinin təşkili şöbəsi

Şöbə müdiri - Sadiq Ağalar oğlu Mirzəyev

Şöbə ölkədə dini sahədə tolerantlıq mühitinin qorunması, müxtəlif dini etiqad mənsubları arasında qarşılıqlı hörmət, birgəyaşayış, dözümlülük mühitinin möhkəmlənməsi, eyni zamanda dini xurafat, fanatizm, radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində maarifləndirmə işinin təşkilini həyata keçirir. Bu məqsədlə vətəndaşların, xüsusilə gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinə qarşı müxtəlif formatda maarifləndirici tədbirlərin görülməsi istiqamətində fəaliyyət göstərir.

Şöbə Komitənin rəsmi orqanı olan “Dövlət və Din” ictimai fikir toplusunu, “Cəmiyyət və Din” qəzetini, dini mahiyyətli müxtəlif ədəbiyyatı və s. maarifləndirici materialları nəşrə hazırlayır.

Şöbənin 8 əməkdaşı var.

 

 

 

 

Əlaqə:

Telefon: (012) 505-78-16

              (012) 505-78-19

E-mail: redaksiya@scwra.gov.az