Təhlil və proqnozlaşdırma şöbəsi

Şöbə müdiri - Elnarə İslam qızı Kərimova

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının müstəqil struktur bölməsi olan Təhlil və proqnozlaşdırma şöbəsi ölkədəki dini durumla bağlı təhlillər aparır, dini duruma mənfi təsir edən daxili və xarici faktorları öyrənib təhlil edərək mümkün təhdidlər barədə proqnozlar və təkliflər hazırlayır. Açıq informasiya mənbələrində (mətbuat və elektron kütləvi informasiya vasitələri, sosial şəbəkələr, bloqlar və s.) dini sahəyə, dövlət-din münasibətlərinə dair, eləcə də digər əlaqədar materialları öyrənir.

Eyni zamanda, şöbə Mərkəzi Aparatın struktur bölmələri və bölgə şöbələri üçün istiqamətləndirici suallar, ölkədəki dini vəziyyətin öyrənilməsi və təhlilinin səmərəli təşkili məqsədilə rəy sorğuları üçün mövzular hazırlayır, dini vəziyyətin öyrənilməsi işində alınan məlumatların xarakter, istiqamət və məzmunu barədə dövrü olaraq bölgə şöbələri üçün təlimatların verilməsini təşkil edir. 

Şöbənin 8 əməkdaşı var.

 

 

 

Əlaqə:

Telefon: (012) 492-62-33

E-mail: dk-tehlil.proqnoz@scwra.gov.az