Hüquq və qeydiyyat şöbəsi

Şöbə müdiri - Səbinə Elbrus qızı Allahverdiyeva

Hüquq və qeydiyyat şöbəsi dini qurumların dövlət qeydiyyatı, ləğvi və təsis sənədlərində edilmiş dəyişiklikləri, kadr işinin aparılması, hüquqi sənədlərin ekspertizası, Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı vətəndaşlara və əməkdaşlara hüquqi izahatların verilməsi  istiqamətində fəaliyyət göstərir.

Dövlət Komitəsinin mənafeyini müdafiə etmək məqsədi ilə şöbə əməkdaşları məhkəmə orqanlarında nümayəndə qismində iştirak edir. Dövlət Komitəsinin işçilərinə hüquqi məsləhət və izahatlar verilir, vətəndaşları qəbul etmək və öz səlahiyyətləri çərçivəsində müvafiq izahatlar vermək, icraatında olan sənədləri araşdırmaq və icra etmək, əmr və sərəncamların layihələrini hazırlamaq kimi işləri yerinə yetirir.

Hüquq və qeydiyyat şöbəsi tərkibində Kadrlarla iş sektoru  fəaliyyət göstərir. Sektor kadr məsələləri ilə bağlı şöbəyə müraciət edən şəxslərə hüquqi məsləhətlər və müvafiq izahatlar verir, kadrların işə qəbulu və işdən azad edilməsi, ezamiyyət və məzuniyyət, təltif və töhmət verilməsi haqqında əmr layihələrinin hazırlanması işlərini yerinə yetirir.

Şöbənin 8 əməkdaşı var.

 

Əlaqə:

Telefon: (012) 492-60-35

              (012) 492-63-65

E-mail: dk-huquq@scwra.gov.az

             dk-kadrlar@scwra.gov.az