Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daxili müsahibə elan edir

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aşağıdakı vəzifənin tutulması üçün daxili müsahibə

                                                                        ELAN EDİR:

 

      Hüquq və qeydiyyat şöbəsi, Kadrlarla iş sektoru sektor müdiri

Müsahibədə olan  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik dövlət qulluqçuları iştirak edə  bilər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

ərizə;

əmək kitabçasının surəti;

ali təhsil haqqında diplomun surəti ( xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə    uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidən hazırlanma keçmə haqqında müvafiq    sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə)

kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);

bir ədəd ağ rəngli fotoşəkil (4x6)

son bir il ərzində intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 11 iyun 2019-cu il tarixdən 25 iyun 2019-cu il tarixdə 1800 -dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 900- dan 1300- dək və 1400- dan 1800- dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçrilməsi və ixtisasın artırılması nəzərə alınır.

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatında ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yalnış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Hüquq və qeydiyyat şöbəsinə müraciət edə bilər.