Dini sahə ilə bağlı statistik rəqəmlər

Dini sahə ilə bağlı statistik rəqəmlər

Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 861 dini qurum qeydiyyatdan keçmişdir. Konfessional baxımdan onların 830-u İslam, 31-i isə qeyri-islam (xristian – 20; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.
Ölkə ərazisində 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir.
Ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.
Ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.