“Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda onlayn seminar keçirilib

Xəbərlər / 23.07.2021 / 17:19

İyulun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda onlayn seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Şamil Nuriyev, YAP Balakən rayon təşkilatı Gənclər birliyinin sədri, Balakən Rayon Gənclər və İdman idarəsinin əməkdaşı Nurlan Şibliyev,  Balakən Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Tale Şahverdiyev, Balakən rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Şahin Qarakişiyev, qazilər, Vətən müharibəsi iştirakçıları, Balakən rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər.

Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz  xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxışlar zamanı bu qəbildən olan tədbirlərin gənclərimizə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, milli xarakter və milli mənəviyyatın formalaşması baxımından əhəmiyyətli rola malik olduğu qeyd edilib. 44 günlük müharibədə qazandığımız bu qələbəyə görə öz sağlamlıqlarını qurban verərək sinəsini Vətənə sipər etmiş qazilərimizə və gözünü qırpmadan düşmən üzərinə hücum edən bütün Vətən müharibəsi iştirakçılarına Azərbaycan xalqı adından bir daha təşəkkür edilib. Onların yazdığı tarixin bundan sonrakı dövrdə bir qəhrəmanlıq salnaməsi kimi bizdən sonra gələcək olan nəsillərə də ötürüləcəyi vurğulanıb. Qeyd edilib ki, dövlətimizin rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə qarşı xüsusi diqqət göstərilir. Daha sonra qazilər və Vətən müharibəsi iştirakçıları müharibə dövründə keçdikləri çətin döyüş yolundan, igidlərimizin göstərdiyi misilsiz şücaətlərdən söhbət açıblar.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "İslamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib"

Xəbərlər
29.09.2020 / 15:13
Ətraflı oxu

Prezident İlham Əliyev: "Azərbaycanda İslam həmrəyliyi tam bərqərar olub və Azərbaycan müsəlmanları vəhdət ...

Xəbərlər
26.10.2018 / 10:03
Ətraflı oxu

“Gənclərin dini radikalizm və ekstremizm meyillərindən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.03.2019 / 09:32
Ətraflı oxu

Dövlət Komitəsi jurnalistlər arasında “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda yazı ...

Xəbərlər
27.05.2021 / 10:20
Ətraflı oxu

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
04.05.2018 / 17:06
Ətraflı oxu