“Qurban bayramı müsəlmanların mənəvi birlik və həmrəylik rəmzidir” mövzusunda videokonfrans keçirilib

Xəbərlər / 16.07.2021 / 12:03

İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı, Gənclər və İdman İdarəsi, Gənclər Evi Sosial Xidmət müəssisəsi və Yevlax şəhər Heydər Əliyev Mərkəzinin iştirakı ilə “Qurban bayramı müsəlmanların mənəvi birlik və həmrəylik rəmzidir” mövzusunda videokonfrans keçirilib. Onlayn tədbirdə adıçəkilən qurumların əməkdaşları və rayonun fəal gəncləri iştirak ediblər.  

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev milli-mənəvi dəyərlərimizə olan mənfi münasibətin müstəqilliyimizin ilk günlərindən başlayaraq kökündən dəyişdiyini, xalqımızın milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində hörmət göstərilməyə başlanıldığını qeyd edib. Müstəqillik qazandıqdan sonra artıq xalqımızın öz dini və milli bayramlarını sərbəst şəkildə qeyd etdiyini, insanların əvvəlki kimi çəkinərək deyil, sərbəst sürətdə məscidlərə gedərək öz ibadətlərini etməyə başladığını vurğulayan şöbə müdiri milli-dini bayramlarımız sırasında Qurban bayramının xalqımız üçün xüsusi yeri olduğunu bildirib. Natiq Əfəndiyev Qurban bayramının xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatı olduğunu diqqətə çatdırıb, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrə ayrılan diqqət kimi milli-dini dəyərlərimizə, dini bayramlarımızın dövlət səviyyəsində keçirilməsinə də  xüsüsi önəm verildiyini bir daha qeyd edib. 

Daha sonra çıxış edən YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev ölkəmizin ikinci dəfə yenidən müstəqillik qazandıqdan sonra xalqın öz milli-mənəvi və dini dəyərlərinə qovuşduğunu bildirərək, respublikamızın bütün şəhər və rayonlarında yeni məscidlərin inşa edilməyə başlanıldığını diqqətə çatdırıb. O, İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramının bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da böyük sevgi ilə qeyd olunduğunu bildirib.  

Yevlax şəhər Heydər Əliyev mərkəzinin direktoru Aygün Qasımova, Yevlax şəhər "Cümə" məscidinin imamı Eldəniz Əhmədov çıxış edərək xalqımızın tarixi köklərə söykənən milli-mənəvi dəyərlərindən, ölkəmizdə hökm sürən tolerantlıqdan və dini bayramımız olan Qurban bayramının tarixindən danışaraq bu kimi tədbirlərin müsbət nəticələrini qeyd ediblər. 


Son baxılan xəbərlər

“Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda videokonfrans keçirilib

Press-relizlər
21.06.2021 / 17:02
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Arxiv
16.12.2016 / 15:24
Ətraflı oxu

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

Press-relizlər
14.06.2018 / 18:00
Ətraflı oxu

Qaxda dini radikalizmlə mübarizədə mənəvi dəyərlərimizin rolu müzakirə edilib

Press-relizlər
23.05.2019 / 09:44
Ətraflı oxu

Dövlət Komitəsində Türkiyə Vineyard kilsəsinin nümayəndələri ilə görüş keçirilib

Xəbərlər
23.07.2021 / 14:13
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
02.11.2018 / 17:05
Ətraflı oxu