"Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusu müzakirə edilib

Xəbərlər / 15.07.2021 / 17:12

İyulun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin  təşkilatçılığı və Saatlı,  Sabirabad,  İmişli,   Beyləqan  rayonlarında fəaliyyət göstərən dini icma sədrləri,  din xadimlərinin  iştirakı ilə "Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi”  mövzusunda  onlayn formatda  tədbir  keçirilib.

Tədbirdə çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov  ölkələrin və xalqların tarixində, taleyində və milli həmrəyliyin möhkəmlənməsində multikultural dəyərlərin böyük əhəmiyyətə malik olduğunu  vurğulayıb. O qeyd edib ki, bu gün Ulu  Öndər Heydər Əliyevin ideyaları bütün sahələrdə olduğu kimi, multikulturalizm və tolerantlıq sahəsində də ölkə Prezidenti cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi bunun bariz  nümunəsidir.

Daha sonra çıxış edənlər qeyd ediblər ki, Azərbaycan xalqı müxtəlif dini və etnik qruplardan təşkil olunsa da, onları birləşdirən müqəddəs dəyərlər var. Azərbaycanda tarixən dinlərin və ayrı-ayrı mədəniyyətlərin, millətlərin nümayəndələri qarşılıqlı hörmət şəraitində yaşayıblar. Müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnoslar tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm kimi ali dəyərlər həmçinin İslam dəyərləri müstəsna rola malikdir. Tədbirin sonunda  tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.08.2019 / 14:05
Ətraflı oxu

DQİDK-nın sədr müavini Gündüz İsmayılov: “Tolerantlıq başqaları üçün hüquqi norma, bizim üçünsə həyat tərzidir”

Müsahibələr
30.08.2017 / 11:40
Ətraflı oxu

Bərdədə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusu müzakirə olunub

Press-relizlər
21.05.2021 / 15:08
Ətraflı oxu

Mübariz Qurbanlı: “Nardarandakı məscidlər dövlət qeydiyyatından keçməyib”

Açıqlama
30.11.2015 / 18:24
Ətraflı oxu

Masallıda 31 mart soyqırımı qurbanları anılıb

Press-relizlər
30.03.2018 / 16:02
Ətraflı oxu

Bərdə rayonunda “Dini radikalizmi yaradan səbəblər” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
21.12.2015 / 16:41
Ətraflı oxu