Din xadimlərinin iştirakı ilə onlayn formatda tədbir keçirilib

Press-relizlər / 15.07.2021 / 17:02

İyulun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin  təşkilatçılığı, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə "Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi”  mövzusunda  onlayn formatda  tədbir  keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov,  Bəhrəm Ədalətoğlu,   Sabirabad, Saatlı, İmişli və Beyləqan  rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda milli həmrəyliyin möhkəmlənməsində multikultural dəyərlərin böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Qeyd edilib ki, bu gün Ulu Öndər Heydər Əliyevin ideyaları bütün sahələrdə olduğu kimi, multikulturalizm və tolerantlıq sahəsində də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

O da vurğulanıb ki, Azərbaycan xalqı müxtəlif dini və etnik qruplardan təşkil olunsa da, onları birləşdirən müqəddəs dəyərlər var. Azərbaycanda tarixən dinlərin və ayrı-ayrı mədəniyyətlərin, millətlərin nümayəndələri qarşılıqlı hörmət şəraitində yaşayıblar.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin 20 illik fəaliyyətini əks etdirən fotoalbom nəşr edilib

Xəbərlər
21.06.2021 / 15:52
Ətraflı oxu

Ucarda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilib

Press-relizlər
20.04.2018 / 16:53
Ətraflı oxu

Ağcabədidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
23.09.2019 / 12:00
Ətraflı oxu

Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
24.12.2018 / 14:31
Ətraflı oxu

Şəkidə dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri mövzusu müzakirə olunub

Press-relizlər
20.10.2017 / 10:47
Ətraflı oxu

Bərdədə “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
26.01.2018 / 16:04
Ətraflı oxu