Qusarda “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda konfrans keçirilib

Press-relizlər / 14.07.2021 / 15:22

İyulun 14-də Qusarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı, rayon Heydər Əliyev Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qusar rayonu üzrə səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda konfrans keçirilib.

Tədbirdə təşkilatçı qurumların nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov və başqaları çıxış edərək qeyd ediblər ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması günümüz üçün aktual olan mövzulardandır. Bildirilib ki, milli ideologiya, tarix, dil, din, mədəniyyət və incəsənət, ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, musiqi və muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir.

Sonda konfrans iştirakçıları olan gənclərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Son baxılan xəbərlər

Dini radikalizmə qarşı mübarizəyə həsr edilmiş maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.04.2019 / 11:24
Ətraflı oxu

“Könüllümüz ol” layihəsinin bir qrup iştirakçısına sertifikatlar təqdim olunub

Könüllü fəaliyyət
02.07.2021 / 13:02
Ətraflı oxu

Masallıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.11.2019 / 14:36
Ətraflı oxu

Masallıda 31 mart soyqırımı qurbanları anılıb

Press-relizlər
30.03.2021 / 13:12
Ətraflı oxu

Dini radikalizmə qarşı mübarizə: nəticələr və vəzifələr

Xəbərlər
17.09.2016 / 10:38
Ətraflı oxu

Zaqatalada “Narkomaniyaya qarşı mübarizədə din amili” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
16.03.2018 / 10:01
Ətraflı oxu