Zaqatalada din xadimləri “Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunu müzakirə ediblər

Press-relizlər / 14.07.2021 / 15:10

İyulun 14-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və QMİ-nin Zaqatala rayon Qazılığının birgə təşkilatçılığı ilə “Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunda  onlayn seminar-müşavirə keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı  insan sağlamlığı üçün fəsadlar törədən koronavirus (“Covid-19”) pandemiyası ilə mübarizədə  dövlətimiz tərəfindən həyata keçirilən düşünülmüş və ardıcıl işlər haqqında geniş danışılıb. Bildirilib ki, koronavirus infeksiyasının kütləvi yoluxma riskinin qarşısının alınması üçün ölkə ərazisində tədbiq olunan xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməli, dəfn mərasimləri istisna olmaqla zikir, mövlüd, yas mərasimləri və kütləvi halda digər dini mərasim, ayin və tədbirlərin həyata keçirilməsi ilə  bağlı tədbiq olunan məhdudiyyətlərə və möcvud qanunvercilik qaydalarına əməl edilməlidir.

O da vurğulanıb ki, sonuncu səmavi dinimiz müqəddəs İslam dininində də insan həyatının və sağlamlığının qorunması vacib əməllərdən biri hesab olunur.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Göygöldə vətəndaşları qəbul edəcək

Press-relizlər
23.06.2016 / 12:07
Ətraflı oxu

Tərtərdə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
19.04.2018 / 17:19
Ətraflı oxu

Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2018 / 17:26
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir

Press-relizlər
20.11.2018 / 09:40
Ətraflı oxu

Bakıda "Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib

Xəbərlər
07.08.2019 / 15:50
Ətraflı oxu

Bakıda “Həyat sözü” Xristian dini icmasının 25 illiyi münasibətilə tədbir keçirilib

Press-relizlər
23.09.2019 / 17:01
Ətraflı oxu