Mingəçevirdə sərgi təşkil edilib

Xəbərlər / 09.07.2021 / 12:05

İyulun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə M.P.Vaqif adına Mərkəzi Kitabxanada DQİDK-nın yaradılmasının 20 illik yubileyinə həsr olunmuş sərgi keçirilib.

Sərgidə Komitənin aylıq mətbu orqanı olan “Cəmiyyət və Din” qəzeti, “Dövlət və Din” jurnalı, müxtəlif məzmunlu dini maarifləndirici ədəbiyyatlar nümayiş olunub.

Sərgidə iştirak edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Dövlət Komitəsinin ötən müddətdə din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi və dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər reallaşdırdığını vurğulayıb. 

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev çıxış edərək, təşkil olunmuş bu sərginin əhəmiyyətini yüksək qiymətləndirib.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov dini maarifləndirmə işinin Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirərək, yerli şöbələrin bu işə xüsusi diqqət ayırdığını qeyd edib.

Mingəçevir Şəhər Mərkəzi Kitabxana Sisteminin direktoru Etibarə Babayeva Komitənin Yevlax bölgəsi üzrə şöbəsi ilə əməkdaşlığı yüksək qiymətləndirib, kitabxananın şöbə tərəfindən müntəzəm olaraq Komitənin mətbu orqanları ilə təmin olunduğunu bildirib.


Son baxılan xəbərlər

“Dövlət və Din” ictimai fikir toplusu mükafatlandırılıb

Press-relizlər
26.08.2015 / 18:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayer ilə görüşüb

Xəbərlər
04.02.2021 / 16:26
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Xəbərlər
27.02.2020 / 14:42
Ətraflı oxu

“Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub

Xəbərlər
14.09.2019 / 12:33
Ətraflı oxu

Gündüz İsmayılov: “Dini ayrı-seçkilik salan kitablar ölkəyə gətirilə bilməz”

Müsahibələr
11.11.2016 / 17:10
Ətraflı oxu

Türkan qəsəbəsində maarifləndirici tədbir baş tutub

Press-relizlər
10.04.2017 / 16:40
Ətraflı oxu