Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər / 06.07.2021 / 13:01

İyulun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı İsrailin İqtisadi Sülh Mərkəzinin (Economic Peace Center - İsrail ilə Yaxın Şərq və İslam dünyası arasında sülhün təşviq olunması istiqamətində fəaliyyət göstərən qurum)  prezidenti Ayub Kara və mərkəzin informasiya-xəbər saytının redaktoru, siyasi analitik Reyçel Avraham ilə görüşüb.

S.Salahlı Azərbaycandakı nümunəvi dövlət-din modelinə diqqət çəkərək, Konstitusiyamızda təsbit edilmiş vicdan azadlığı, dinlərarası harmoniya, ayrı-ayrı dini konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə qonaqlara məlumat verib.  

Sədrin birinci müavini yəhudilərin ölkəmizdə məskunlaşma tarixindən danışaraq bildirib ki, respublikamızda digər icmalar kimi, yəhudi icmasının da qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşaması üçün lazımi şərait var.

Səyyad Salahlı Azərbaycanda bu günədək 970 dini qurumun dövlət qeydiyyatına alındığını, onlardan 933-nün İslam, 37-nin isə qeyri-İslam təmayüllü olduğunu, eyni zamanda, ölkə ərazisində 2250 məscidlə yanaşı 16 kilsə və 7 sinaqoqun fəaliyyət göstərdiyini qeyd edib. Həmçinin əlavə edib ki, respublikada Dağ, Avropa və Gürcü yəhudi dini icmaları, yəhudi məktəbi fəaliyyət göstərir.

S. Salahlı vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb.

İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara Azərbaycanın tolerantlıq və multikulturalizmin təşviqi istiqamətində oynadığı nümunəvi rolu xüsusi vurğulayaraq, Azərbaycanla qurulmuş sıx dostluq əlaqələrinə önəm verdiklərini bildirib. Eyni zamanda, ölkəmizdə müxtəlif dinlərin və xalqların dinc birgəyaşayışının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının böyük rəğbətlə qarşılandığını vurğulayıb.

Görüşün sonunda Dövlət Komitəsi, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə ölkəmizdəki etnik və dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr edilmiş kitablar qonaqlara təqdim edilib.


Son baxılan xəbərlər

Bakıda “Tolerantlıq örnəyi – Azərbaycan” mövzusunda konfrans keçirilib

Xəbərlər
13.11.2019 / 13:27
Ətraflı oxu

Komitə sədri: “Mövcud vəziyyətdə Aşuranın məscidlərdə qeyd olunmamasında qeyri-adi səbəb axtarmaq yolverilməzdir”

Xəbərlər
25.08.2020 / 16:43
Ətraflı oxu

“Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı” adlı kitab nəşr edilib

Kitablar
25.09.2020 / 15:43
Ətraflı oxu

Qubada Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib

Xəbərlər
25.02.2021 / 11:52
Ətraflı oxu

Dövlət Komitəsi dini durumda sabitliyin qorunması məqsədilə zəruri tədbirlər həyata keçirir (Açıqlama)

Açıqlama
16.01.2014 / 12:19
Ətraflı oxu

Nizami rayonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
04.12.2017 / 17:38
Ətraflı oxu