“Könüllümüz ol” layihəsinin bir qrup iştirakçısına sertifikatlar təqdim olunub

Könüllü fəaliyyət / 02.07.2021 / 13:02

İyulun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) təcrübə keçmiş “Könüllümüz ol” layihəsinin bir qrup iştirakçısına sertifikatlar təqdim olunub.

Dövlət Komitəsinin Ümumi şöbəsinin müdiri Amil Cavadov Prezident İlham Əliyevin gənclərin inkişafına yönələn dövlət siyasətini daim diqqət mərkəzində saxlamasından, bu istiqamətdə respublikamızda görülən işlərdən bəhs edib. O bildirib ki, dövlət başçısı tərəfindən dövlət orqanlarının qarşısına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində onların fəal iştirakına şərait yaratmaq, gənclərə peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq vəzifəsi qoyulub. Şöbə müdiri bu məqsədlə DQİDK tərəfindən 1 il müddətində “Könüllü fəaliyyət” layihəsinin reallaşdırıldığını deyib.

Təcrübə kursunu müvəffəqiyyətlə başa vurmuş gənclərə təbriklərini çatdıran Amil Cavadov  onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra könüllülərə sertifikatlar təqdim edilib.


Son baxılan xəbərlər

Qubada “İnsan Hüquqları Aylığı” çərçivəsində videokonfrans keçirilib

Press-relizlər
09.06.2020 / 11:31
Ətraflı oxu

Şamaxıda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
09.08.2019 / 12:54
Ətraflı oxu

Daha 3 dini təhsil müəssisəsinə şəhadətnamə təqdim edilib

Press-relizlər
16.03.2017 / 15:59
Ətraflı oxu

Beyləqanda “Dini radikalizmlə mübarizə: necə? nə etməli?” mövzusunda seminar-terninq keçirilib

Press-relizlər
13.06.2019 / 15:52
Ətraflı oxu

Şəkidə tədbir keçirilib

Press-relizlər
22.02.2019 / 16:11
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-da səfərdədir

Xəbərlər
15.07.2019 / 10:34
Ətraflı oxu