Dövlət Komitəsinin 20 illik fəaliyyətini əks etdirən fotoalbom nəşr edilib

Xəbərlər / 21.06.2021 / 15:52

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 20 illik fəaliyyətini əks etdirən fotoalbom nəşr edilib.  

Nəşrin “Dövlət və din”, “Dini qurumların fəaliyyəti və onlara  dövlət qayğısı”, “Dini icmaların dövlət qeydiyyatı”, “Tolerant və multikultural ənənələrin təbliği”, “Dini maarifləndirmə işi və milli-mənəvi dəyərlərin təbliği”, “Dini radikalizmlə mübarizə”, “Vətəndaş qəbulu”, “Beynəlxalq əlaqələr”, “İctimai əlaqələr və sosial fəaliyyət”, “İctimai Şura”, “Könüllü fəaliyyət”, “Mənəvi Dəyərlərin Təbliği Fondu”,  “İlahiyyat İnstitutu” və s. bölmələrində ötən 20 il ərzində Dövlət Komitəsinin milli-mənəvi dəyərlərin təbliği, radikalizmlə mübarizə, respublikada dini durumun öyrənilməsi, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində gördüyü işlər barədə fotoşəkillər əksini tapıb.

Fotoalbom dövlətimizin din siyasətinin, dinə diqqət və qayğısının, Dövlət Komitəsinin 20 illik fəaliyyətinin kiçik mənzərəsidir. İnanırıq ki, geridə qoyduğumuz 20 il ərzində Dövlət Komitəsinin gördüyü işlərə qiymət vermək üçün önəmli vəsait ola biləcək bu nəşr həm ümumi məzmunu, həm də bədii estetik görünüşü ilə geniş oxucu kütləsinin zövqünü oxşayacaq.

 

 

Son baxılan xəbərlər

7 saylı cəzaçəkmə müəssisəsində “Azərbaycan tolerantlıq diyarıdır” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
16.11.2017 / 17:09
Ətraflı oxu

Komitə sədri Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb

Press-relizlər
03.09.2019 / 15:51
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-da səfərdədir

Xəbərlər
15.07.2019 / 10:34
Ətraflı oxu

Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə onlayn tədbir keçirilib

Press-relizlər
12.01.2021 / 13:29
Ətraflı oxu

Bakıda “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda konfrans keçirilib

Xəbərlər
23.09.2019 / 17:07
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin birinci müavini Şirvanda vətəndaşları qəbul edib

Xəbərlər
20.02.2020 / 12:21
Ətraflı oxu