“Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda onlayn seminar keçirilib

Press-relizlər / 04.05.2021 / 12:55

Mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda onlayn seminar keçirilib.

Seminarda DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, eləcə də dini icma üzvləri və din xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov radikalizmin mahiyyəti haqqında danışıb, onun yaratdığı fəsadlar və gələcək təhlükələri qeyd edib. Bildirib ki, Dövlət Komitəsi QMİ ilə birgə xurafat, dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslam dəyərlərinin dirçəldilməsi məqsədilə dini maarifləndirmə istiqamətində respublikanın bütün bölgələrində kompleks tədbirlər keçirir. Bu tədbirlərə əsasən gənclərin cəlb edilməsinə daha çox üstünlük verilir, çünki onlar radikalların təbliğatının qurbanı ola biləcək daha həssas qrupa daxildirlər.

Mövzu ətrafında çıxış edən Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev və Mingəçevir şəhəri “Heydər” məscidinin imam müavini Bəhruz Əhmədov gənclərə dini maarifləndirməyə diqqət yetirmələrini və bu sahəni daha dərindən öyrənmələrini tövsiyə ediblər.


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
10.10.2019 / 16:44
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2013-cü ildə dini fəaliyyət sahəsində həyata keçirilmiş tədbirlərin ...

Xəbərlər
14.02.2014 / 16:28
Ətraflı oxu

Mübariz Qurbanlı: "Din adından istifadə edən radikal qruplar İslama böyük ziyan vururlar"

Müsahibələr
11.01.2019 / 17:39
Ətraflı oxu

Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib

Xəbərlər
15.10.2018 / 18:07
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Azərbaycanda terror törətmək istəyənlərə qarşı qətiyyətli olmalı və onları ...

Açıqlama
26.10.2017 / 15:58
Ətraflı oxu

İlham Əliyevdən zəngin milli-mənəvi dəyərlərin və mütərəqqi tarixi ənənələrin qorunmasına böyük töhfə

Xəbərlər
07.11.2017 / 18:00
Ətraflı oxu