Masallıda 31 mart soyqırımı qurbanları anılıb

Press-relizlər / 30.03.2021 / 13:12

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Rəhim Tağıyev adına Masallı Rayon Tarix Diyarşünaslıq muzeyi və “Yeni həyat” qəzetinin birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “31 mart-tarixi yaddaşımızdan silinməyən soyqırımı” mövzusunda onlayn konfrans keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin əməkdaşları, Rəhim Tağıyev adına Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, “Yeni həyat” qəzetinin redaktoru Əlihüseyn Şükürov, eləcə də ziyalı və gənclər iştirak ediblər.

Tədbir soyqırımı qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin imzaladığı 1998-ci il 26 mart tarixli Fərmanından sonra hər il 31 mart Azərbaycan Respublikasında Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırımı Azərbaycan xalqının və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında bildirib ki, azərbaycanlıların kütləvi şəkildə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

“Yeni həyat” qəzetinin redaktoru Əlihüseyn Şükürov Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və başqa bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmiş soqırımı haqqında məlumat verib. Qeyd edib ki, erməni qəsbkarları dinc əhalini kütləvi şəkildə qətlə yetirmiş, kəndləri yandırmış, milli-mədəniyyət abidələrimizi məhv etmişdir.


Son baxılan xəbərlər

Dini radikalizmə qarşı mübarizə: nəticələr və vəzifələr

Xəbərlər
17.09.2016 / 10:38
Ətraflı oxu

Zaqatalada “Narkomaniyaya qarşı mübarizədə din amili” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
16.03.2018 / 10:01
Ətraflı oxu

Qaxda “Müasir dünyada birgəyaşayış ənənələrinin yeri və rolu” mövzusunda tədbir olub

Press-relizlər
22.12.2016 / 10:20
Ətraflı oxu

Beyləqanda “Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
31.10.2019 / 14:30
Ətraflı oxu

Zaqatalada din xadimləri “Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunu müzakirə ediblər ...

Press-relizlər
14.07.2021 / 15:10
Ətraflı oxu

Beyləqanda tədbir keçirilib

Press-relizlər
20.02.2019 / 16:04
Ətraflı oxu