Pakistan mətbuatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş məqalələr dərc edilib

Press-relizlər / 23.02.2021 / 16:17

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Orucovun Pakistanda fəaliyyət göstərən geniş oxucu auditoriyasına malik nüfuzlu ingilisdilli Daily Islamabad POST elektron qəzetində, DNA-Diplomatic News Agency, CENTRELINE elektron xəbər portallarında Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş "Erməni vəhşilikləri: Xocalı Soyqırımı ... Cəzasızlığın 29-cu ili" başlıqlı məqalələri dərc olunub.

Məqalələrdə ermənilər tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı əhalisinə qarşı törədilmiş misilsiz vəhşiliklərdən və Xocalı soyqırımının mahiyyəti barədə geniş məlumat verilib.

Bildirilib ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil. Əhalisinin əksəriyyətinin etnik azərbaycanlılar olduğu 7000-lik Xocalı şəhəri yerlə-yeksan edilib.

Diqqətə çatdırılıb ki, 1994-cü ildə Azərbaycan parlamenti fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı, həmçinin ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı aktı olaraq dəyərləndirib.

Yazılarda, eyni zamanda 2008-ci il mayın 8-dən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının məqsədi, həyata keçirdiyi tədbirlərdən bəhs edilib.

 

 

 

Son baxılan xəbərlər

Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
04.11.2016 / 15:43
Ətraflı oxu

Beyləqanda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq başlayıb

Press-relizlər
12.06.2018 / 17:44
Ətraflı oxu

4 və 10 saylı cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
14.09.2017 / 16:23
Ətraflı oxu

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

Press-relizlər
24.07.2013 / 11:48
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib

Press-relizlər
29.01.2016 / 17:18
Ətraflı oxu

Elşad İskəndərov Fransa Yəhudi İnstitutunun Təmsilçilər Şurasının rəhbərini qəbul etmişdir

Press-relizlər
30.10.2012 / 17:04
Ətraflı oxu