
Press-relizlər / 07.01.2021 / 12:39
Yanvarın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə dini icmaların 2020-ci il üçün yekun hesabatı və cari il üçün görüləcək işlər barədə videokonfrans formatında tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, rayonun dini icma sədrləri və din xadimləri iştirak ediblər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov ölkəmizdə dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənməsi, eləcə də dini icmalar arasında tolerantlıq mühitinin qorunub saxlanması üçün hüquqi bazanın yaradılmasından söz açıb.
Daha sonra çıxış edən din xadimləri ölkəmizdə müxtəlif dinlərə mənsub olan şəxslərin qarşılıqlı hörmət və dözümlülük ruhunda dini ayin və ibadətlərini yerinə yetirdiyini və ölkəmizin tolerant ölkə kimi tanınmasında bu amilin əsas rol oynadığını bildiriblər.
Tədbirdə, həmçinin koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən preventiv, profilaktik tədbirlər, bu istiqamətdə vətəndaşların üzərinə düşən vəzifələr müzakirə olunub.