Gəncədəki Yəhudi Dini İcmasının üzvləri: "Ermənistan humanitar atəşkəsə baxmayaraq, dinc sakinləri atəşə tutur"

Xəbərlər / 18.10.2020 / 15:59

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal oktyabrın 18-də Gəncədəki Yəhudi Dini İcmasının üzvləri ilə görüşüb.

Görüşdə icma üzvləri baş ravvinə Ermənistan ordusunun törətdiyi qanlı terror aktı, dinc əhalini hədəfə alması və nəticədə çoxlu sayda mülki şəxsin həlak olması və yaralanması barədə məlumat veriblər. Bildirilib ki, dinc əhalini hədəfə alan Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrinə raket və ağır artilleriya atəşləri nəticəsində dinc sakinlər həlak olur, yaralanır, evlər, mülki obyektlər dağıdılır. Amma düşmənin xain hücumları sakinləri qətiyyət qorxutmur. Əhali arasında heç bir qorxu hissi yoxdur. Çünki əhali Azərbaycan Ordusunun gücünə inanır.

“Bizim əsas narahatçılığımız uşaqlarla bağlıdır. Humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan ordusu dinc sakinləri atəşə tuturlar. Biz çox sülhsevər xalqıq. Azərbaycan dövləti tərəfindən bizim üçün hər cür şərait yaradılıb”, - deyə icma üzvləri bildiriblər.

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal icma üzvlərinin qayğı və problemləri ilə maraqlanıb.

Diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində ilkin məlumata görə, azı 13 nəfər həlak olub, 45-dən çox mülki şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, oktyabrın 11-də də düşmənin Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını məqsədli şəkildə SCUD raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olmuşdu. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanmışdı. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəymişdi.

azertag.az


Son baxılan xəbərlər

Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı

Bəyanat
17.09.2013 / 18:08
Ətraflı oxu

Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb”

Müsahibələr
20.09.2016 / 13:37
Ətraflı oxu

“Multikulturalizm: meyillər və reallıqlar” kitabının təqdimatı olub

Multikulturalizm
20.12.2016 / 11:42
Ətraflı oxu

“İslam dünyasında yenilik cəhdləri” adlı kitab nəşr olunub

Kitablar
03.09.2019 / 10:04
Ətraflı oxu

Salyanda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Xəbərlər
08.11.2019 / 09:50
Ətraflı oxu

Prezident İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

Xəbərlər
13.12.2018 / 15:24
Ətraflı oxu