Prezident İlham Əliyev: “Gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq”

Xəbərlər / 15.09.2020 / 12:36

“Xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir”. Bu fikirləri Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllim, tələbə və şagirdlərə müraciətində bildirib. Dövlət başçısı vurğulayıb ki, bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər: “Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək,- deyə Prezident İlham Əliyev əlavə edib.

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
31.01.2020 / 17:00
Ətraflı oxu

Prezident İlham Əliyev: "Bizə müsəlman ölkələrindən ən çox dəstək gəlir"

Xəbərlər
22.07.2020 / 15:28
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Milix Yevdayevin ABŞ-ın “Jewish Journal” qəzetində 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib

Xəbərlər
04.02.2019 / 12:17
Ətraflı oxu

Şirvanda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
14.03.2018 / 17:20
Ətraflı oxu

“Erməni təcavüzü və məhv olmuş tarixi dini abidələrimiz” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.03.2019 / 16:45
Ətraflı oxu