“Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi” mövzusunda onlayn tədbir keçirilib

Press-relizlər / 11.09.2020 / 10:15

Sentyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və şöbənin əməkdaşları, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə və idarənin əməkdaşları, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi  Qəni Axundzadə və gənclər iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2.1.3-cü bəndinə müvafiq olaraq region gəncləri arasında humanizm və sülhsevərlik dəyərlərinin təbliği istiqamətində müsbət addımların atıldığını qeyd edərək, tədbirin Dövlət Proqramının icrası istiqamətində keçirildiyini diqqətə çatdırıblar.

Vurğulanıb ki, ölkəmizdə yaşayan müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdət hökm sürüb. Xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində humanizm və sülhsevərlik əsas yer tutur.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsi sədrinin birinci müavini Şirvanda vətəndaşları qəbul edib

Xəbərlər
20.02.2020 / 12:21
Ətraflı oxu

Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
01.02.2019 / 15:48
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qaxda vətəndaşları qəbul edəcək

Xəbərlər
19.07.2019 / 11:53
Ətraflı oxu

Xızıda “Narkomaniyanın fərdi və ictimai təhlükələri” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.02.2020 / 16:14
Ətraflı oxu

“Bahar Enerji Əməliyyat” şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib

Press-relizlər
17.04.2019 / 17:08
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun açılışı olub

Press-relizlər
17.09.2018 / 11:31
Ətraflı oxu