“Pandemiya şəraitində dini mərasimlər” mövzusunda onlayn görüş keçirilib

Xəbərlər / 28.08.2020 / 12:41

Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənclər üçün “Pandemiya şəraitində dini mərasimlər” mövzusunda  maarifləndirici onlayn görüş keçirilib.

Çıxış edən DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, pandemiya vəziyyətini nəzərə alaraq, ölkəmizdə, həmçinin dünyanın başqa ölkələrində dini mərasimlərin keçirilməsi qaydalarına, bu dövr ərzində dini mərasimlərdə kütləviliyə yol verilməməsinə xüsusi diqqət yetirilir. Ümumbəşəri problem sayılan pandemiyaya qarşı mübarizə  tədbirlərinin əksər ölkələrdə davam etdiyini vurğulayan Komitə rəhbəri İslam dünyasında da indiyədək kütləvi şəkildə keçirilən mərasimlərin koronavirusla mübarizə qaydalarına uyğunlaşdırılaraq az sayda şəxslə simvolik və ya onlayn qaydada keçirildiyini qeyd edib.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında vurğulayıb ki, gənclər həm pandemiya, həm də əvvəlki dövrlərdə dini mərasimlər zamanı birlik, yardımlaşma və paylaşım nümunəsi göstərən müxtəlif aksiya və layihələr həyata keçiriblər. O qeyd edib ki, mart ayından etibarən cənab Prezident İlham Əliyevin çağırışına cavab olaraq, gənclər tərəfindən pandemiya ilə mübarizədə könüllülük fəaliyyəti həyata keçirilib. Həmin könüllülər tibb işçiləri və hüquq mühafizə orqanları əməkdaşları ilə çiyin-çiyinə pandemiya ilə mübarizənin ön cəbhəsində yer alıblar. Bu mübarizənin özü də mənəvi dəyərlərə sadiqlik, vətənpərvərlik nümunəsidir.

Onlayn görüşdə iştirak edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov insanlar üçün təhlükə yarada biləcəyi təqdirdə dini mərasimlərin kütləvi şəkildə keçirilməsinin İslam dini tərəfindən də dəstəklənmədiyini bildirib. Rektor inanclı şəxslərə dini mərasim və adətləri öz evlərində, ailə üzvləri ilə birlikdə sağlamlıqlarına heç bir təhlükə törətmədən qeyd etmələrini tövsiyə edib.

Gənclər Fondunun rəsmi səhifəsində canlı yayımlanan görüş rəsmilərin izləyicilərin ünvanladığı sualları cavablandırması ilə yekunlaşıb.

 


Son baxılan xəbərlər

Göyçayda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
28.02.2019 / 15:20
Ətraflı oxu

Sabirabadda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
22.02.2019 / 15:03
Ətraflı oxu

“Mərasimlərimizi şəhidlərimizin ruhuna layiq şəkildə keçirməliyik”

Açıqlama
25.11.2012 / 14:30
Ətraflı oxu

Bəşəri dəyərlər naminə

Xəbərlər
21.08.2015 / 09:05
Ətraflı oxu

Milli dövlətçilikdə və bəşəri humanizmdə Mehriban Əliyeva fenomeni

Xəbərlər
02.09.2020 / 13:53
Ətraflı oxu

Cəlilabadda “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.03.2018 / 15:40
Ətraflı oxu