Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai şuranın Seçki Komissiyasının görüşü keçirilib

Xəbərlər / 17.07.2020 / 12:51

İyulun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə yaradılan Seçki Komissiyasının ilk onlayn formatda görüşü keçirilib.

Görüş çərçivəsində İctimai Şuraya seçkilərin təşkili və üzvlərin say həddinin müəyyən edilməsi, eləcə də seçki gününün müəyyən edilməsi məsələləri müzakirə edilib.

Dövlət Komitəsi sədrinin birinci müavini, Seçki Komissiyasının sədr müavini Səyyad Salahlı İctimai Şuranın fəaliyyəti və gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O bildirib ki, bu il vətəndaş cəmiyyəti institutlarının təmsilçiliyini genişləndirmək məqsədilə İctimai Şuranın üzvlərinin say həddinin 7 nəfər müəyyən olunması məqsədəuyğundur.

Qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtı barədə elan verilib və İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi üçün 13 may 2020-ci il tarixindən 20 iyun 2020-ci il tarixinədək vaxt  müəyyənləşdirilib. Həmin müddət ərzində ictimai fəallar tərəfindən müraciətlər daxil olub. Sənədlər yoxlanılaraq qəbul olunub və Seçki Komissiyasının üzvlərinə təqdim edilib.

Daha sonra Komissiya üzvləri - “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin  sədri  Nailə İsmayılova, "SAF Həyat Naminə" Gənclər İctimai Birliyinin sədri Dinara  Bayramlı,  Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri  Umud Mirzəyev, “Sağlam Yaşa” gənclərin maarifləndirilməsi İctimai Birliyinin sədr müavini Tələt Qəribov, "Dəyər" Mənəvi İrsin Təbliği  İctimai Birliyinin sədri Sevinc Qarayeva da şuraya seçkilərin keçirilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər.

Görüşün yekununda Seçki Komissiyasının Protokolu hazırlanıb. Protokola əsasən, şuranın üzvlərinin say həddi 7 üzvdən ibarət tərkibdə müəyyən edilib və İctimai Şuraya seçki gününün keçirilməsi üçün nəzərdə tutulan müddətin pandemiya şəraiti nəzərə alınmaqla sentyabr ayına təyin edilməsi qərara alınıb.

Qeyd edək ki, seçkidə iştirak etmək üçün müraciət edən 11 nəfərin namizədliyi təsdiq edilib.


Son baxılan xəbərlər

Göyçayda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Press-relizlər
25.02.2019 / 12:44
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dağ yəhudiləri dini icmasının üzvləri ilə görüşüb

Xəbərlər
04.11.2014 / 15:20
Ətraflı oxu

Siyəzəndə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
30.08.2018 / 11:06
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa obyektiv yanaşma ...

Press-relizlər
12.06.2020 / 15:22
Ətraflı oxu

Bakıda “Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.06.2018 / 18:01
Ətraflı oxu

Biləsuvarda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
18.02.2020 / 16:32
Ətraflı oxu