DQİDK-nın şöbə müdiri: Din xadimlərinə yas mərasimlərində və ehsan süfrələrində iştirak etməmək tövsiyə olunmuşdur

Açıqlama / 05.07.2020 / 15:00

Dünən, 4 iyulda Şəmkir rayonu Aşağı Seyfəli kəndində karantin rejimi qaydaları pozularaq keçirilmiş yas mərasiminin din xadimi kimi Baxtiyar Vəliyev saxlanılmış, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnmişdir.

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.

O qeyd edib ki, Dövlət Komitəsi həmin şəxslə bağlı araşdırma aparmış, məlum olmuşdur ki, Bəxtiyar Vəliyev Şəmkir rayonu Yeni Həyat kəndində fərdi qaydada mollalıqla məşğul olur:

“Yəni o, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hər hansısa dini vəzifəyə təyin edilməmişdir. Ümumiyyətlə, bildirməliyəm ki, belə hadisələrin baş verməməsi üçün Dövlət Komitəsi QMİ və Rayon İcra Hakimiyyəti başçıları yanında fəaliyyət göstərən dini komissiyalarla müzakirələr aparır və maarifləndirici tədbirlər həyata keçirir.

Eyni zamanda, bu məsələ QMİ-nin də diqqət mərkəzindədir. Hələ Nazirlər Kabineti yanında Operativ Qərargah yas mərasimləri ilə bağlı qərar verməmişdən öncə, bu ilin mart ayının 5-də ölkədə bu məsələ ilə bağlı fikrini açıqlamışdır.

Din xadimlərinə yas mərasimlərində və ehsan süfrələrində iştirak etməmək tövsiyə olunmuşdur. Bundan sonra da QMİ tərəfindən bir neçə dəfə oxşar bəyanat verilmişdir. Dövlət Komitəsində olan məlumatlara görə, rəsmi din xadimləri karantin rejimi qaydalarına riayət edirlər. Lakin təəssüflər olsun ki, belə qeyri-rəsmi şəxslər bunu fürsət bilib, şəxsi mənfəətləri üçün din xadimi adına yaraşmayan hərəkətlərə yol verirlər. Koronavirusun yayıldığı yerlərdən birinin də yas mərasimləri olduğunu bilə-bilə insanların sağlamlığını təhlükə altında qoyurlar”.

Son baxılan xəbərlər

Mübariz Qurbanlı “Sovetski”də məscidlərin sökülməsinə aydınlıq gətirib

Açıqlama
12.04.2017 / 17:45
Ətraflı oxu

İmişlidə “Vətənpərvərlik Vətənə xidmətin ən ali zirvəsidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
25.05.2018 / 17:39
Ətraflı oxu

15 İyun - Milli Qurtuluş Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılıb

Xəbərlər
14.06.2019 / 17:52
Ətraflı oxu

Bölgələrdə maarifləndirici tədbirlər keçirilir

Press-relizlər
02.06.2017 / 17:50
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb

Press-relizlər
30.10.2019 / 15:54
Ətraflı oxu

Ümummilli Lider Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında tarixi xidmətləri əvəzsizdir

Müsahibələr
10.05.2019 / 09:50
Ətraflı oxu