Komitə sədri: "Yas mərasimləri bu qaydalar çərçivəsində keçirilməlidir"

Açıqlama / 17.06.2020 / 09:35

Rayonlarda vətəndaşlar koronavirusun yayılması təhlükəsinə diqqət yetirməyərək yas mərasimlərində kütləvi toplaşma hallarına yol veriblər.

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, bununla bağlı məlumatlar toplanılıb: “Biz bununla bağlı məlumatları toplamışıq, Qafqaz Müsəlmanları İdarəsi bölgələrdə olan bütün səlahiyyətli nümayəndələrini xəbərdar edib ki, yerlərdə dəfn mərasimlərini imamlar idarə etsinlər, yəni imamlar vəfat etmiş insanın yaxınları ilə birlikdə dəfnin islami qaydalara uyğun təşkilində iştirak edib bütün dini ayinləri orada icra etsinlər, lakin sonradan ehsan vermək məqsədilə kütləvi toplaşmalar olacaqsa, həmin toplaşmanın məqsədəuyğun olmadığı vətəndaşların diqqətinə çatdırılsın və din xadimləri heç bir halda həmin toplantılarda iştirak etməsin.

Dövlət Komitəsinin yerlərdə olan əməkdaşları da bu istiqamətdə izahat işini gücləndiriblər. Biz adət-ənənələrimizi qoruyuruq, lakin bu virusla bağlı kütləvi toplaşmaların insanlar üçün nə qədər böyük təhlükə törətdiyini başa düşərək yas mərasimləri məhdudlaşdırılmalı, ehsan mərasimləri dayandırılmalıdır və bu cür toplaşmalara yol verilməməlidir. Biz bununla bağlı tövsiyələr vermişik və yerli qurumlar da bu halların baş verməməsi üçün əllərindən gələni edirlər. Bir daha vətəndaşlarımıza çağırış edirik ki, bu cür mərasimlərə yol verməsinlər. Virus təhlükəsi davam edir və biz Nazirlər Kabineti yanında Operativ Qərərgahın bütün təlimatlarını yerinə yetirməliyik”.

Son baxılan xəbərlər

Komitə sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Press-relizlər
12.11.2019 / 17:14
Ətraflı oxu

Qubada maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
19.11.2019 / 14:22
Ətraflı oxu

Kürdəmirdə “Sülh və Həmrəyliyə aparan yol – dialoq” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
27.02.2018 / 15:24
Ətraflı oxu

Bakıda "Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib

Xəbərlər
07.08.2019 / 15:50
Ətraflı oxu

Amil Cavadov: Birgəyaşayış bizim qürur duyduğumuz sərvətimizdir

Xəbərlər
01.07.2020 / 10:00
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvası

Xəbərlər
21.04.2020 / 11:15
Ətraflı oxu