Lənkəranda dini icma sədrləri və din xadimləri ilə videokonfrans keçirilib

Press-relizlər / 10.06.2020 / 14:31

İyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lənkəranda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri ilə videokonfrans keçirilib.

Videokonfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli tədbirlər qeyd edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qaydalarına  və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 18 mart 2020-ci il tarixli əmrinə əməl edilməsinin vacibliyi vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Mətbuat Xidmətinin məlumatı

Xəbərlər
23.12.2020 / 11:42
Ətraflı oxu

Lənkəranda “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
18.02.2021 / 13:02
Ətraflı oxu

Alban-udi xristian dini icması Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəklədiyi barədə bəyanat yayıb

Xəbərlər
06.11.2020 / 10:06
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib

Press-relizlər
06.09.2018 / 09:48
Ətraflı oxu

Bakıda "Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi" mövzusunda konfrans keçirilib

Xəbərlər
29.10.2019 / 16:27
Ətraflı oxu

Mübariz Qurbanlı: "Din adından istifadə edən radikal qruplar İslama böyük ziyan vururlar"

Müsahibələr
11.01.2019 / 17:39
Ətraflı oxu