DQİDK yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib

Press-relizlər / 13.05.2020 / 10:46

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən edilməsi prosesinə başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.5-ci bəndini nəzərə alaraq, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 19 nömrəli, 08.05.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Seçki Komissiyası yaradılıb. Seçki Komissiyası tərəfindən İctimai Şuranın üzvlərinin say həddi və İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilib.

Belə ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi üçün 13 may 2020-ci il tarixindən 20 iyun 2020-ci il tarixinədək qeydiyyat aparılacaq.

 

Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:

- namizədin şəxsiyyət vəsiqəsinin surəti;

- namizədin tərcümeyi-halı;

- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti.

 

Bütün bunlardan əlavə, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər.

Seçki ilə əlaqədar Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi elektron poçt ünvanına (dk-public@scwra.gov.az) və ya Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edilə bilər.

 

Ünvan: Bakı şəhəri, Əhməd Cavad, 16

Tel: (+994 12) 437-31-15

 

 

Son baxılan xəbərlər

Hərbi hissədə maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
04.09.2018 / 15:27
Ətraflı oxu

Zaqatalada “Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərdən qaynaqlanan vətən sevgisi” adlı tədbir təşkil olunub

Press-relizlər
10.10.2017 / 16:05
Ətraflı oxu

Press-relizlər
23.08.2019 / 11:16
Ətraflı oxu

Sabirabadda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
22.02.2019 / 15:03
Ətraflı oxu

“Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər” toplusu

Kitablar
30.07.2015 / 12:58
Ətraflı oxu

Müstəqil Azərbaycan - 25: multikulturalizmin və tolerantlığın bariz nümunəsi

Press-relizlər
28.04.2016 / 09:48
Ətraflı oxu