Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq

Xəbərlər / 15.04.2020 / 11:45

Koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə deyib.

Dövlətimizin başçısı bildirib: “Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi”.

Ən inkişaf etmiş ölkələrin təcrübəsinin heç bir ölkənin özünü tam sığortalı hesab edə bilmədiyini göstərdiyini bildirən Prezident İlham Əliyev qeyd edib: “Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bu, bizim üçün də dərs olmalıdır və mən bunu artıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır. Biz bunu görürük”.

Son baxılan xəbərlər

Qaxda dini radikalizmlə mübarizədə mənəvi dəyərlərimizin rolu müzakirə edilib

Press-relizlər
23.05.2019 / 09:44
Ətraflı oxu

Şamaxıda soyqırımı qurbanlarının xatirəsi anılıb

Press-relizlər
30.03.2019 / 09:34
Ətraflı oxu

Bölgələrimizdə Xocalı soyqırımının 28-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur

Press-relizlər
26.02.2020 / 13:35
Ətraflı oxu

Zaqatalada “Azərbaycan gəncliyi: dünən, bu gün, sabah” adlı tədbir təşkil olunub

Press-relizlər
31.10.2017 / 17:28
Ətraflı oxu

Mübariz Qurbanlı: "Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsində aparılır"

Açıqlama
16.09.2015 / 16:52
Ətraflı oxu

Azərbaycandakı dini icmaların rəhbərləri Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar

Press-relizlər
24.02.2020 / 12:16
Ətraflı oxu