“Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 11.03.2020 / 17:14

Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib. Tədbirdə təşkilatçı qurumun  nümayəndələri, din xadimləri və qəsəbə sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov dövlətin dinə münasibəti, din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi istiqamətində aparılan işlərə xüsusi diqqət çəkib. 

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxışında bildirib ki, müstəqilliyimizin bərpasından sonra dövlətin din sahəsindəki siyasətində yeni bir mərhələyə qədəm qoyuldu. Vətəndaşlarımızın vicdan və dini etiqad azadlıqları təmin olundu, dini ənənələrimizin bərpası və möhkəmləndirilməsi dövlətin din siyasətinin qarşısında duran əsas vəzifələrdən biri oldu. Şöbə müdiri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradılıb, bu sahədə beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazası formalaşdırılıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov vurğulayıb ki, ölkəmizin sahib olduğu dövlət-din münasibətləri, multikultural dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırılması, eyni zamanda tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi dövlətin din siyasətinin prioritet istiqamətlərindən biridir.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 


Son baxılan xəbərlər

Bölgələrdə Ramazan ayının başlanması münasibətilə tədbirlər keçirilir

Press-relizlər
03.05.2019 / 09:48
Ətraflı oxu

20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

Press-relizlər
19.01.2018 / 18:16
Ətraflı oxu

Quba rayonunda “Vətəni sevmək imandandır” adlı tədbir keçirilib

Press-relizlər
06.03.2018 / 16:13
Ətraflı oxu

Sumqayıtda “Milli-mənəvi dəyərlərimizi öyrənək və yaşadaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.01.2018 / 15:12
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Şirkətlərə Ümrə və digər ziyarətgahlara səfərlərin təşkili ilə bağlı ...

Açıqlama
19.05.2015 / 18:58
Ətraflı oxu

Mübariz Qurbanlı: Möminlərə məhərrəmlik mərasimlərini öz evlərində ailə üzvləri ilə birlikdə təşkil etmələri tövsiyə ...

Müsahibələr
20.08.2020 / 14:28
Ətraflı oxu