Prezident İlham Əliyev: "Dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, başqalarının dinlərinə də hörmətlə yanaşmalıyıq"

Xəbərlər / 11.03.2020 / 14:54

"Dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı bizim parlamentin də rolu çox təsirli ola bilər. Beynəlxalq tədbirlərdə və Azərbaycanda keçirilən bir çox tədbirlərdə bizim deputatlar fəal iştirak etməlidirlər." Bu fikirləri Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında səsləndirib.

Dövlət başçısı qeyd edib ki, keçən ilin sonlarında Bakıda keçirilmiş Dünya dini liderlərinin II Zirvə Görüşündə səslənən fikirlər onu göstərdi ki, bu gün dünya miqyasında bəlkə də Azərbaycan qədər bu məsələ ilə ciddi məşğul olan və ciddi nəticələr hasil edən ikinci ölkə yoxdur. "Həm müsəlman aləmi bizi dəstəkləyir, həm də İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibətə görə bizi örnək kimi göstərir. Həm Rusiya Pravoslav kilsəsinin patriarxı Kirill Azərbaycanda gedən dinlərarası proseslərə müsbət qiymət verir, həm də Roma Papası Fransisk. Mən onunla artıq 3 dəfə görüşmüşəm, bir dəfə Bakıda, iki dəfə Vatikanda. Onun da Azərbaycanda bu sahədə aparılan işlərə verdiyi qiymət çox yüksəkdir."-deyə Prezident İlham Əliyev vurğulayıb.

Son baxılan xəbərlər

Azərbaycan İlahiyyat İnstitutu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə silsilə tədbirlərini davam etdirir

Press-relizlər
26.09.2018 / 15:41
Ətraflı oxu

Səyyad Salahlı: “Sosial şəbəkələrdən aktiv istifadə dini radikalizmlə mübarizədə effektiv və müasir yoldur”

Press-relizlər
25.10.2019 / 12:24
Ətraflı oxu

Masallıda Məhərrəm ayının başlaması ilə əlaqədar tədbir keçirilib

Xəbərlər
29.08.2019 / 13:46
Ətraflı oxu

“Qafqazda yəhudilərin həyat tərzi” mövzusunda seminar keçirilib

Press-relizlər
25.10.2018 / 17:41
Ətraflı oxu

Daxili Qoşunların zabit heyəti ilə görüş keçirilib

Press-relizlər
16.02.2018 / 11:54
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
08.07.2019 / 13:07
Ətraflı oxu