Xəzər rayonunda “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib

Xəbərlər / 06.03.2020 / 17:35

Mart ayının 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə  Xəzər rayonu Mərdəkan qəsəbəsində “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşı Aslan Sultanov, Mərdəkan qəsəbəsinin din xadimləri iştirak ediblər.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov öz çıxışında bildirib ki, bu gün Azərbaycan bütün dünyada dövlət və din, həmçinin dinlərarası münasibətlərin ideal göstəricilərinin olduğu ölkə kimi tanınır. Ölkəmiz tolerant, multikultural mühitin formalaşması, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin olması baxımından mükəmməl nümunə təşkil edir. Multikultural və tolerant dəyərləri öz siyasətinin tərkib hissəsinə çevirən dövlətimiz dini etiqadından asılı olmayaraq, bütün vətəndaşlara öz inanclarını sərbəst şəkildə yaşamaq üçün lazımi şərait yaradıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov respublikamızda həyata keçirilən din siyasətinin demokratik dövlət quruculuğu kursuna, eləcə də, dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslandığını vurğulayıb. A. Sultanov öz çıxışında bildirib ki, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq miqyasda dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırlıb.


Son baxılan xəbərlər

Gündüz İsmayılov: “DQİDK dini radikalizm və xurafata qarşı həm inzibati, həm də maarifçilik istiqamətində ...

Press-relizlər
25.09.2019 / 12:18
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
07.11.2017 / 15:45
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
08.11.2019 / 09:18
Ətraflı oxu

Kürdəmirdə dindarlarla görüş keçirilib

Press-relizlər
16.05.2018 / 17:05
Ətraflı oxu

“Mənəvi borc” filminin video formatda təqdimatı keçirilib

Press-relizlər
12.08.2020 / 16:22
Ətraflı oxu

Dövlət Komitəsinin dəstəyi ilə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
17.07.2015 / 19:04
Ətraflı oxu