Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər / 06.03.2020 / 15:04

Martın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri  Mübariz Qurbanlı Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.  

Görüş zamanı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş vicdan azadlığının təmini, dövlət-din münasibətlərinin tənzimlənməsi, dinə dövlət qayğısı və bu istiqamətlərdə Dövlət Komitəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Habelə Komitə sədri ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə danışıb. O bildirib ki, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunur, hər il Prezident İlham Əliyev tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maliyyə vəsaiti ayrılır. Ölkəmizdə müxtəlif dinlərə aid abidələrin qorunduğunu da diqqətə çatdıran Mübariz Qurbanlı onlar arasında  atəşpərəstlik inancına aid izləri də özündə daşıyan “Atəşgah məbədi”ni nümunə göstərib.

Komitə sədri həmçinin, qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, yüz minlərlə azərbaycanlını etnik təmizləməyə, dini zəmində zorakılığa məruz qoyması, tarixi-dini abidələri məhv etməsi barədə məlumat verib.

Öz növbəsində, Azərbaycandakı tolerant və multikultural mühit, bütün dini konfessiyalara yaradılan bərabər şərait, ölkənin inkişafı haqqında xoş təəssüratlarını bölüşən səfir qeyd edib ki, Azərbaycanın bu sahədəki təcrübəsi bütün dünya üçün nümunə sayılmalıdır.  O bildirib ki, iki xalq arasında tarixi köklərə əsaslanan dostluq münasibətləri bu gün müxtəlif sahələrdə  əlaqələrin inkişafında özünü göstərir.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşdə səmimi qəbula görə səfir Bavitlunq Vanlalvavna Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.  Görüşün sonunda qonağa DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.


Son baxılan xəbərlər

Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
11.05.2018 / 15:07
Ətraflı oxu

Hacıqabul rayonunda “Şəhadət”sənədli filmi nümayiş etdirilib

Press-relizlər
07.04.2018 / 12:13
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xəbərlər
10.02.2018 / 09:53
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbirlər keçirilib

Press-relizlər
11.11.2015 / 16:55
Ətraflı oxu

Beynəlxalq Tolerantlıq Günü Nardaran Bilik Evində də qeyd edilib

Multikulturalizm
11.11.2016 / 15:17
Ətraflı oxu

Şabranda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
10.05.2018 / 15:38
Ətraflı oxu