Yevlaxda Xocalı soyqırımı qurbanları anılıb

Press-relizlər / 21.02.2020 / 15:14

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir” mövzusunda marifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Fərid Vaqifli, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev, şəhid ailələrinin üzvləri, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, erməni vandallarının Xocalını hədəfə almaqda məqsədi Qarabağda strateji əhəmiyyətli maneəni aradan qaldırmaqla yanaşı Xocalını yer üzündən birdəfəlik silmək idi. Bildirilib ki, erməni işğalından sonra bütün maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi  erməni vandalizminin bariz nümunəsidir.

Tədbirdə çıxış edən Xocalıdan olan məcburi köçkünlər həmin dəhşətli gecədə erməni vandallarının xocalılıların başına gətirdiyi müsibətlərdən, qoca, qadın, uşaq demədən öldürülən insanlardan danışıblar.


Son baxılan xəbərlər

Xırdalanda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
01.03.2018 / 12:34
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşının Özbəkistan saytlarında məqaləsi dərc edildi

Multikulturalizm
26.08.2020 / 13:39
Ətraflı oxu

Rusiyada “Dinlərarası sülhü əldə etmək yolları: din xadimlərinin, diplomatların və ictimai xadimlərin rolu” mövzusunda ...

Press-relizlər
27.03.2019 / 16:33
Ətraflı oxu

Nəsimi rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.05.2019 / 16:02
Ətraflı oxu

Bakıda "Din və dünyəvi təhsil" mövzusunda konfrans keçirilib

Press-relizlər
06.12.2019 / 14:59
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Arxiv
16.12.2016 / 15:24
Ətraflı oxu