Səyyad Salahlı: “Ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar”

Press-relizlər / 20.02.2020 / 14:19

Fevralın 19-u və 20-si tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Şirvan şəhərində “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Elmira Ağayeva dövlətin dindarlara, dini icmalara göstərdiyi diqqət və qayğısından bəhs edib. Şirvan ŞİH başçısının müavini çıxışında bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyinə diqqəti çəkib.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, müasir dövrdə dövlət-din münasibətlərinin xarakteri insan hüquq və azadlıqlarının əsas göstəricisi hesab edilən vicdan azadlığının inkişaf səviyyəsi ilə birbaşa bağlıdır.

Səyyad Salahlı, eyni zamanda dinin siyasiləşməsi və siyasi alətə çevrilməsinin təhlükəli olduğunu da diqqətə çatdırıb. Natiq qeyd edib ki, müasir dünyada baş verən və minlərlə günahsız insanın ölümünə səbəb olan dini zəmində müharibə və qarşıdurmaların meydana gəlmə səbəblərinin aydınlaşdırılması xüsusi aktuallıq kəsb edir: “Bu məsələdə dinin əsl mahiyyətindən çıxarılaraq siyasi məqsədlərin həyata keçirilmə vasitəsi kimi istifadəsi aparıcı rol oynayır”,-deyə DQİDK sədrinin birinci müavini əlavə edib.

Komitə rəsmisi Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanların Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyini də deyib.

Çıxış edən tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini səsləndiriblər. İkigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.


Son baxılan xəbərlər

DQİDK-nın dəstəyi ilə regionlarda dini maarifləndirmə tədbirləri keçirilir

Press-relizlər
30.01.2018 / 14:52
Ətraflı oxu

Prezident İlham Əliyev: "Bizə müsəlman ölkələrindən ən çox dəstək gəlir"

Xəbərlər
22.07.2020 / 15:28
Ətraflı oxu

Şamaxıda keçirilən ikigünlük seminar-müşavirə yekunlaşıb

Press-relizlər
24.04.2018 / 14:26
Ətraflı oxu

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Saatlıda “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.02.2018 / 15:12
Ətraflı oxu

Zaqatalada “Azərbaycan gəncliyi: dünən, bu gün, sabah” adlı tədbir təşkil olunub

Press-relizlər
31.10.2017 / 17:28
Ətraflı oxu