Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Xəbərlər / 18.02.2020 / 17:32

Fevralın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin, Oğuz Rayon Təhsil şöbəsinin və Oğuz Rayon Polis şöbəsinin  birgə təşkilatçılığı ilə Oğuz rayonu Calut kənd tam orta məktəbində "Dini radikalizmə dur deyək" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK - nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Samir Salehov,  Oğuz Rayon Polis şöbəsinin rəis müavini Ramin Şükürov, Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru Sənan Əsgərov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, gənclərin dini sahəyə aid bilgiləri və mövcud situasiyanı düzgün qiymətləndirmək qabiliyyətləri yetərincə yüksək olmadığından onlar radikal meyilli qüvvələrin qurbanına çevrilə bilirlər. Bu baxımdan esas vəzifəsi insanlara dini doğru şəkildə çatdırmaq və radikalizmi təbliğ edən cərəyanların mahiyyətini, iç üzünü açmaq olan maarifləndirmə işi məktəbliləri radikalların təsirindən və təbliğatından qorumağın əsas metodudur.

Sonda  tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edəcək

Press-relizlər
20.12.2018 / 18:00
Ətraflı oxu

Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib

Xəbərlər
03.12.2018 / 17:49
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yevlaxda vətəndaşları qəbul edəcək

Arxiv
15.12.2017 / 18:00
Ətraflı oxu

Vətənpərvərlik dini radikalizmə qarşı aparılan mübarizədə ən önəmli vasitədir

Press-relizlər
01.05.2018 / 16:46
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini Hacıqabulda vətəndaşları qəbul edib

Xəbərlər
13.02.2020 / 17:49
Ətraflı oxu

Kamal Abdullayev: “İndi dünyada Azərbaycanın həqiqətlərini ölkəmizin dostları müdafiə edir”

Müsahibələr
03.11.2016 / 18:06
Ətraflı oxu