Dövlət Komitəsinin sədr müavini Hacıqabulda vətəndaşları qəbul edib

Xəbərlər / 13.02.2020 / 17:49

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov fevral ayının 13-də Hacıqabul rayonunun sakinləri ilə görüşüb.

Qəbulda Hacıqabul rayonundan olan vətəndaşların təklif və şikayətlərinə baxılıb. Müraciətlər, əsasən, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması və yenilənməsi, dini icmalara dini maarifləndirmə ilə əlaqədar maliyyə vəsaitinin ayrılması və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerindəcə həll edilib, digər məsələlər barədə Komitənin bölgə şöbəsinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 18-də Salyan, sədrin müavini Gündüz İsmayılov Biləsuvar rayonu, sədrinin birinci müavini Səyyad Salahlı isə fevralın 20-də Şirvan şəhərindən olan vətəndaşlarla görüşəcək. 


Son baxılan xəbərlər

Masallıda “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.04.2016 / 09:44
Ətraflı oxu

Saatlıda Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Press-relizlər
26.02.2019 / 16:49
Ətraflı oxu

Şəkidə maarifləndirici tədbir keçirilib

Press-relizlər
26.12.2019 / 13:56
Ətraflı oxu

İlham Əliyevin modern dövlət modeli

Xəbərlər
24.12.2018 / 09:55
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
08.11.2019 / 15:27
Ətraflı oxu

Brayl əlifbası ilə nəşr edilmiş “Quran hekayətləri” kitabının təqdimatı keçirilib

Press-relizlər
10.11.2016 / 17:37
Ətraflı oxu