“Milli-mənəvi dəyərlərimiz tarixdən gələn and yerimizdir” mövzusunda tədbir keçirilib

Xəbərlər / 13.02.2020 / 16:24

Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin, Balakən Rayon İcra Hakimiyyətinin (RİH) və Balakən rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Mahamalar kənd tam orta məktəbində “Milli-mənəvi dəyərlərimiz tarixdən gələn and yerimizdir” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, məktəbin direktoru Kəmalə Məmmədova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.           

Çıxışlar zamanı ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətlərindən geniş şəkildə bəhs olunub. Bu günün şagirdlərinin gələcək nəslin davamçıları olaraq dini radikalizm və dini ekstremizm barəsində məlumatlı olmalarının vacibliyi vurğulanıb. Dövlətimizin dinə olan qayğısı ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olub. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu məqsədyönlü siyasətin bu gün də uğurla davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Ölkəmizdə yaradılan tolerant mühitin dünya dövlətləri üçün bir nümunə olduğu və bu uğurun davamlı olması üçün cəmiyyətin hər bir üzvünün üzərinə böyük bir məsuliyyətin düşdüyü qeyd olunub.

Çıxışlardan sonra DQİDK-nin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş edilib.      

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilmiş 20 nüsxə maarifləndirici ədəbiyyat paylanıb.

 


Son baxılan xəbərlər

Xalqın qürur və iftixar mənbəyi

Xəbərlər
12.12.2019 / 10:15
Ətraflı oxu

Qubada şəhidlər anılıb

Press-relizlər
19.01.2018 / 16:59
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

Press-relizlər
10.07.2018 / 17:43
Ətraflı oxu

Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
22.12.2017 / 11:55
Ətraflı oxu

İmişlidə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
16.02.2018 / 16:22
Ətraflı oxu

Mübariz Qurbanlı: "Əgər bu sahədə xaos olsa..."

Müsahibələr
17.07.2015 / 10:14
Ətraflı oxu