Maştağada “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusu müzakirə edilib

Xəbərlər / 12.02.2020 / 17:55

Fevral ayının 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçlığı ilə Sabunçu rayonu Maştağa qəsəbəsində “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsi,  Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları, QMİ-nin nümayəndələri, din xadimləri və qəsəbə sakinləri iştirak ediblər.  

Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov dövlətin dinə münasibəti, din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi istiqamətində aparılan işlərə xüsusi diqqət çəkib.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov öz çıxışında müxtəlif dinlərin məbədlərinə göstərilən diqqət və qayğıdan, Azərbaycanda dövlət-din münasibətlərinin və vətəndaş həmrəyliyinin yüksək səviyyədə inkişaf etməsindən danışıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov respublikamızda həyata keçirilən din siyasətinin demokratik dövlət quruculuğu kursuna, eləcə də, dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslandığını vurğulayıb. O, öz çıxışında bildirib ki, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq miqyasda dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Son baxılan xəbərlər

Qafqaz Müsəlmanları İdarəsi koronavirus xəstəliyi ilə bağlı tövsiyələrini açıqlayıb

Xəbərlər
05.03.2020 / 17:06
Ətraflı oxu

Dövlət Komitəsində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib

Press-relizlər
27.02.2018 / 17:31
Ətraflı oxu

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Xəbərlər
11.01.2016 / 09:08
Ətraflı oxu

"İslamda Vətən və dövlət sevgisi"

Kitablar
04.12.2015 / 12:49
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələri ilə görüşüb

Press-relizlər
20.09.2019 / 14:55
Ətraflı oxu

Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin rolu müzakirə edilib

Press-relizlər
27.03.2017 / 17:29
Ətraflı oxu